Ben Afflek yumor mövzusuna çevrilən narazı sifət ifadəsindən DANIŞDI
51 yaşlı amerikalı aktyor, rejissor və ssenarist Ben Afflek tok-şouya qonaq olub. O, ilk dəfə memlərə çevrilən kədərli siması haqqında danışıb. Sfera.az bildirir ki, aktyor daim diqqət mərkəzində olmaqdan bezdiyini etiraf edib. Afflekin sözlərinə görə, o, həqiqətən də lazımsız diqqəti sevmir. Aktyor əminliklə bildirir ki, insanlar onu əslində olduğu kimi görmürlər. "Mən bir az utancağam. Çox diqqət çəkməyi sevmirəm. Ona görə də insanlar məni görüb deyirlər ki, "O adam niyə həmişə əsəbidir”?