Sony Music “Queen” qrupunun bütün hitlərini rekord məbləğə ALDI

Sony Music “Queen” qrupunun bütün hitlərini rekord məbləğə ALDI

Əfsanəvi rok qrupu “Queen”in ikonik kataloqu “Sony Music” tərəfindən 1 milyard funt-sterlinqə alınıb. Bu, 2021-ci ildə müəllif hüquqlarını 393 milyon funt-sterlinqə satan Brüs Sprinqstinin qeydə alınmış rekordundan iki dəfə çoxdur.

 

Sfera.az bildirir ki, sövdələşmə qrupun yaşayan üzvləri və solist Freddi Merkurinin əmlak idarəçiləri ilə aparılıb.

 

“Sony” artıq "Bohemian Rhapsody", "Don't Stop Me Now" və "I Want To Break Free" kimi qrupun bütün hitlərinin sahibi olacaq. Sövdələşməyə həmçinin ticarət gəlirləri, 2018-ci il biopqrafik “Bohemian Rhapsody” filmindən əldə edilən pul vəsaitləri və gələcək layihələr və lisenziya müqavilələri daxildir.

 

Bundan əlavə, öz bek kataloqunu 315 milyon funta satan “Springsteen” və “Bob Dylan”dan fərqli olaraq, qrup musiqilərini canlı ifa etmək hüquqlarını özündə saxlayacaq.

 

Qeyd edək ki, qrupun yaradıcıları 75 yaşlı Brayan Mey və 74 yaşlı Rocer Taylordur. Onlar hal-hazırda 1991-ci ildə Freddinin ölümündən sonra “Queen” qrupunun yeni solisti olan 42 yaşlı Adam Lambertlə qastrol səfərlərini davam etdirirlər. Qrupun 72 yaşlı basçısı Con Dikon isə 1997-ci ildə musiqidən ayrılıb.


Yeri gəlmişkən, “Disney” Musiqi Qrupu “Queen” musiqilərinin Şimali Amerika hüquqlarına sahibdir. Bununla belə, “Queen” 2021-ci ildə 39 milyon funt sterlinq qonorar qazanan “Queen Productions Ltd” vasitəsilə qlobal hüquqlarını özündə saxlayır. İnvestorlar musiqi kataloqlarına dividend ödəyən şirkətlərin səhmlərinə sahib olduqları kimi baxırlar.

 

Onu da qeyd edək ki, “Queen” Freddi Merkurinin ölümündən sonra da gənc tamaşaçılar qazanmağa davam edir. 

 

“Billboard” tərəfindən nəşr olunan statistikaya görə, “Queen” 1991-2017-ci illər arasında ABŞ-da 25,9 milyon albom satıb. 2019-cu ildə “Bohemian Rhapsody” filminin nümayişindən sonra bu rəqəm 3,58 milyona yüksəlib. Filmin populyarlığı və buraxılışdan bir neçə il sonra “Queen” hitlərinin davamlı yayımlanması qrupa gənc fanatlar qazanmağa kömək edib. Bu da öz növbəsində “Queen” kataloqunun dəyərini artırıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...