Tacikistanda hicab qadağası: Taxan, satan və ya idxal edən hər kəsə ağır cəzalar veriləcək

Orta Asiya ölkələrindən biri olan Tacikistanda hicab taxmaq tamamilə qadağan edilib.
Sfera.az bildirir ki, Tacikistan Parlamentinin qəbul etdiyi qərarla ölkəyə hicab taxan, satan, idxal edən və reklam edənlərə qarşı ciddi cəzalar tətbiq olunacaq.
Tacikistanda uzun müddətdir ki, dövlət idarələrində hicab qadağası var. İndi isə ölkə parlamentinin qəbul etdiyi qərarla hicab qadağası artıq bütün ölkə ərazisində tətbiq olunacaq.
Qanunu pozanlar təxminən 7 min 920 Tacikistan Somoni (təxminən 1300 Azn) məbləğində cərimələnəcək.
Xatırladaq ki, Tacikistan prezidenti Emomali Rahman 2017-ci ildə etdiyi çıxışda qadınların istifadə etdiyi çadra və qara paltarların tacik adət-ənənələrinə uyğun olmadığını və uzun saqqal saxlamağın dinlə heç bir əlaqəsi olmadığını bildirib.
Aynil