Hakan Fidandan: "İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər"
İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər. Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib. O bildirib ki, bu, istisna deyil: “Biz görürük ki, savaş Livan ərazisinə keçməyə doğru gedir. Daha böyük bir müharibənin başlanma riski var”. H.Fidan söyləyib ki, bu təhlükənin qarşısını almaq barədə düşünmək lazımdır: “Təəssüf ki, ABŞ nə isə edə bilmir”. Nazirin sözlərinə görə, Yaxın Şərqdəki müharibənin dayandırılması üçün siyasi iradəyə ehtiyac