Hakan Fidandan: "İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər"
Kateqoriya məlum deyil
İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.
O bildirib ki, bu, istisna deyil: “Biz görürük ki, savaş Livan ərazisinə keçməyə doğru gedir. Daha böyük bir müharibənin başlanma riski var”.
H.Fidan söyləyib ki, bu təhlükənin qarşısını almaq barədə düşünmək lazımdır: “Təəssüf ki, ABŞ nə isə edə bilmir”.
Nazirin sözlərinə görə, Yaxın Şərqdəki müharibənin dayandırılması üçün siyasi iradəyə ehtiyac var: “Biz indi belə bir siyasi iradə görə bilmirik”.






