Rusiya Kiyevi vurdu: 6 ölü, 25 yaralı
İyunun 23-də gecə Rusiya Kiyevə raket və PUA-larla hücum edib. Sfera.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, Şevçenko, Podolsk, Qoloseyevski, Svyatoşinski, Solomenski və Darnitski rayonları atəşə tutulub. Hücumlar nəticəsində 6 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Ölən və yaralananların hamısı mülki sakindir. Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın bu gecə 16 raket və 352 PUA ilə hücuma keçdiyini bildirmişdi.