İsrail iyunun 13-dən bəri İranın 500 dronunu vurub


İsrail iyunun 13-dən bəri İranın 500 dronunu vurub

İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri iyunun 13-dən bəri İrandan yəhudi dövlətinin ərazisinə doğru buraxılan 500-dən çox pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

 

Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) Mətbuat Xidməti məlumat yayıb.

 

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri bütün İran ərazisində onlarla PUA-nı məhv etməyə davam edir.
 


OXŞAR XƏBƏRLƏR