Rusiya Kiyevi vurdu: 6 ölü, 25 yaralı


Rusiya Kiyevi vurdu: 6 ölü, 25 yaralı

İyunun 23-də gecə Rusiya Kiyevə raket və PUA-larla hücum edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

 

Onun sözlərinə görə, Şevçenko, Podolsk, Qoloseyevski, Svyatoşinski, Solomenski və Darnitski rayonları atəşə tutulub.

 

Hücumlar nəticəsində 6 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Ölən və yaralananların hamısı mülki sakindir.

 

Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın bu gecə 16 raket və 352 PUA ilə hücuma keçdiyini bildirmişdi.


OXŞAR XƏBƏRLƏR