Tramp evsizləri Vaşinqtondan çıxaracaq

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda yaşayan bütün evsizlərin şəhərdən çıxarılacağını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında paytaxt küçələrində və yol kənarlarında çadır quran evsizlərin fotolarını paylaşaraq vəziyyətə etiraz edib.
“Paytaxtımızı hər zamankindən daha təhlükəsiz və gözəl edəcəyəm. Evsizlər dərhal getməlidir. Sizə qalmaq üçün yerlər verəcəyik, amma paytaxtdan uzaqda”, – deyə Tramp bildirib.
O, bu gün Ağ Evdə mövzu ilə bağlı mətbuat konfransı keçiriləcəyini də qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az






