Məşhur dünya ulduzu Bred Pitt təqaüdçü qonşusuna ölənə qədər 40 milyon dollarlıq mülkündə yaşamağa icazə verib. O zaman 90 yaşı olan baba 105 yaşına qədər yaşayıb.
Sfera.az bildirir ki, Pitt Los-Ancelesdəki 7800 kvadratmetrlik mülkü 1994-cü ildə amerikalı aktrisa Kassandra Petersondan alıb. Bundan sonra aktyor tədricən ərazini genişləndirərək yaxınlıqda daşınmaz əmlak alıb.
Bu evlərdən biri 90 yaşlı babaya məxsus olub. Məhz buna görə də aktyor baba ilə müqavilə bağlayıb ki, bu da həyat yoldaşı vəfat etdikdən sonra təqaüdçünün orada yaşamağa davam etməsinə icazə verirdi.
"Bilirəm ki, Pitt ölənə qədər orada kirayə pulu ödəmədən yaşamağa icazə verdi. Müqavilə bitməsi lazım olduğundan bir az daha uzun sürdü və bu, bir az gülməli idi, çünki Con 105 yaşına qədər yaşadı" - deyə Kassandra bildirib.
Aktrisa hətta "Con baba orada əbədi yaşayacaq" deyə zarafat edib.
Aktrisa həmçinin Bred Pittin çox mehriban və şirin qonşu olduğunu qeyd edib.
Aysel