Avropa Gürcüstan viza rejimi ilə hədələdi
Tbilisi Avropa İttifaqının tövsiyələrini qulaqardına vurmağa davam edərsə, Avropa Komissiyası Gürcüstan üçün vizasız rejimi tamamilə ləğv etməyi düşünür. Sfera.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir. "İkinci addımda, Gürcüstan hakimiyyəti müəyyən edilmiş problemləri həll etməsə, vizasız rejimin dayandırılması bütün əhaliyə şamil edilə bilər. Nəticədə, Gürcüstan vizasız statusunu tamamilə itirə və Aİ Viza Tənzimləməsinin I Əlavəsinə (viza tələb edən üçüncü ölkələrin siyahısı)