Brüsseldə fermerlərdən kütləvi etiraz

Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən sammiti zamanı təxminən 7300 fermer 950 traktorla etiraz aksiyası keçirib.
Sferaaz bildirir ki, fermerlər Aİ ilə Latın Amerikası ölkələri (Merkosur bloku) arasında planlaşdırılan azad ticarət sazişinə qarşı çıxıblar. Onlar subsidiyaların azaldılması və ucuz idxal məhsullarının yerli bazara təsirindən narahatdırlar.
Etirazlar zamanı *polis və aksiyaçılar arasında toqquşmalar* baş verib, su şırnaqları və gözyaşardıcı qazdan istifadə olunub. Şəhər infrastrukturuna ziyan dəyib, polisə kartof və yumurta atılıb, meydanda yanğın törədilib. Avropa Parlamentinin əməkdaşları təhlükəsizlik səbəbi ilə başqa binalara köçürülüb.
Ticarət sazişi üzrə danışıqlar 1999-cu ildən davam edir, lakin hələ yekun razılıq əldə olunmayıb. Avstriya, Polşa və Fransa kimi ölkələr sazişə qarşı çıxır.
Aynil
