Kiyevə Avropa ölkələrinin və NATO-nun müşavirləri gəlib
Avropa ölkələri və NATO-nun milli təhlükəsizlik üzrə müşavirləri bu gün Kiyevə gəliblər. Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz “Telegram” kanalında məlumat yayıb. Aparılacaq danışıqlarda Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Niderland, İsveç, Norveç və Danimarkanın, həmçinin, NATO, Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri iştirak edir.