Logo

Almatı hava limanında 20 reys təxirə salındı - Səbəb

Almatı hava limanında 20 reys təxirə salındı - Səbəb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın Almatı hava limanında əsasən “Air Astana” şirkətinin 20-dən çox reysi təxirə salınıb.

Sfera.az xəbər verir ki, bu barədə “Air Astana” aviaşirkəti məlumat yayıb.

“3-4 yanvar gecəsi Almatını duman bürüyüb və görünüş məsafəsi 150 metrdən az olub. Pis hava şəraitinə görə uçuşlar təxirə salınıb.

Aviaşirkət cədvəli bərpa etmək üçün bütün tədbirləri görür, o cümlədən, “FlyArystan” ehtiyat təyyarəsindən istifadə edir. Sərnişinlərə hava limanına getməzdən əvvəl aviaşirkətin veb saytında uçuşun vəziyyətini yoxlamaq tövsiyə olunur”, - məlumatda bildirilib. Axar.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR