Logo

Ölümcül qəzadan sonra ilk paylaşımını etdi -FOTO

Ölümcül qəzadan sonra ilk paylaşımını etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İkiqat dünya çempionu, britaniyalı boksçu Entoni Coşua ölümcül yol-nəqliyyat hadisəsindən sonra paylaşım edib.

Sfera.az xəbər verir ki, “Qardaşlarımın qoruyucusu”, – deyə Coşua fotonu paylaşaraq yazıb.

Qeyd edək ki, faciə 29 dekabrda Nigeriyanın Laqos–İbadan yolunda baş verib. Coşuanın içində olduğu “Lexus” markalı SUV yolda dayanmış yük maşınına çırpılıb. Hadisə nəticəsində britaniyalı boksçunun iki məşqçisi – Sin Qami və Kevin Ayodele həlak olub. Coşua isə ciddi xəsarətlərdən qorunub və faciədən bir neçə gün sonra Böyük Britaniyaya qayıdıb.

Coşuanın son döyüşü dekabrın 20-də ABŞ-ın Florida ştatının Mayami şəhərində baş tutub. O, ağır çəkidə WBA reytinqinin 14-cü yerində olan britaniyalı Ceyk Pola qarşı mübarizə aparıb və qarşılaşmanı 6-cı raundda nokautla qələbə ilə başa vurub. Publika.az

Ölümcül qəzadan sonra ilk paylaşımını etdi - FOTOÖlümcül qəzadan sonra ilk paylaşımını etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR