Rusiya vətəndaşları bu tarixdən 4 ölkəyə buraxılmayacaq
“Estoniya, Latviya, Litva və Polşa sentyabrın 19-dan etibarən Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyur”. Sfera.az xəbər verir ki, bu barədə məlumatı Estoniyanın XİN rəhbəri Urmas Reynsalu açıqlayıb. Onun sözlərinə görə, Şengen vizasının hansı dövlət tərəfindən verilməsindən asılı olmayaraq, Rusiya vətəndaşları sözügedən ölkələrə buraxılmayacaq. Xatırladaq ki, Latviyanın xarici işlər naziri Edqar Rinkeviçin sentyabrın 7-si verdiyi məlumata görə, Baltikyanı ölkələr Rusiya