Rusiya-Ukrayna savaşında SON DURUM: Zelenski şad xəbəri AÇIQLADI

Rusiya-Ukrayna savaşında SON DURUM: Zelenski şad xəbəri AÇIQLADI

Rusiya-Ukrayna savaşında son durum açıqlanıb.

 

Sfera.az bildirir ki, Ukrayna lideri Zelenski bəzi yaşayış məntəqələrinin Rusiyadan geri alındığını deyərək ordunu təbrik edib. İctimaiyyətə müraciət edən prezident bu inkişafı "yaxşı xəbər" kimi qiymətləndirib, lakin geri alınan yaşayış məntəqələrinin hansı bölgədə yerləşdiyini açıqlamayıb.

 

"İndi onların adlarını açıqlamağın vaxtı deyil", - Zelenski qeyd edib.

 

ABŞ rəsmiləri Ukraynanın "yavaş, lakin əhəmiyyətli" irəliləyiş əldə etdiyini bildiriblər. Son günlər Ukrayna hökuməti davam edən və planlaşdırılan əməliyyatlarla bağlı məxfiliyi artırıb, ölkənin cənub və şərqində Rusiyanın nəzarətində olan ərazilərə qarşı gözlənilən əməliyyatlar barədə demək olar ki, heç bir məlumat paylaşmayıb.

 

“Hesab edirəm ki, xalqımız əsgərlərimizlə fəxr edir”, – Zelenski televiziyada yayımlanan çıxışında deyib. O, gələn ilin dövlət büdcəsindən müharibə üçün vəsait müəyyən ediləcəyini, müdafiəyə 27 milyard dollar ayrılacağını, dövlətin isə pensiya kimi sosial öhdəliklərini yerinə yetirməyə davam edəcəyini bildirib.

 

Qeyd edək ki, Ukrayna Xersonu tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır. Hərbi ekspertlər isə qış aylarında irəliləyişin çətinləşəcəyini deyirlər.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....