“ABŞ Kəşfiyyat İdarəsi Rusiya ordusu daxilindən məlumat alıb, Ukraynaya ötürür”

“ABŞ Kəşfiyyat İdarəsi Rusiya ordusu daxilindən məlumat alıb, Ukraynaya ötürür”

Ukrayna savaşından 6 ay keçməsinə baxmayaraq, tərəflər hər hansı razılığa gələ bilməyib, həmçinin gərginliklər və itkilər hər keçən gün daha da artır.

Maraqlıdır, belə davam edərsə, müharibənin gələcək taleyi necə olacaq?

 

Bununla bağlı Sfera.az-a danışan politoloq Samir Hümbətov deyib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İngiltərənin Mİ6 kəşfiyyat xidmətinin mütəmadi olaraq Rusiya ordusu daxilindən məlumatlar alıb Ukraynaya ötürməsi müharibənin gedişinə təsir edən amillərdəndir:

 

“Son bir neçə gündə Ukraynanın əks-hücum əməliyyatlarına başlaması, Xerson kimi strateji əhəmiyyəti böyük olan bölgənin azad edilməsi uğrunda mübarizənin getməsi ilə bağlı informasiyalar verilir. Həmçinin Ukrayna tərəfinin əraziləri tam şəkildə azad edənə qədər müharibəni davam etdirəcəklərini bildirməsi də savaşın  gedişinə təsir edən psixoloji amillərdən hesab edilə bilər. Yayılan digər məlumat  ondan ibarətdir ki, Rusiya müharibədən öncə digər ölkələrə bağışladığı silah-sursat və hərbi texnikanı geri almağa başlayıb. Bu isə Rusiyanın ciddi itkilər verməsindən xəbər verir. Bir müddət öncə Ermənistana verdiyi  SU 29 döyüş təyyarələrini, 2018-ci ildə Suriyaya verdiyi S-300 raket kompleksini geri alması, hətta İrandan dronlar alması bu proseslərə sübut olaraq qeyd edilə bilər”.

 

Ekspertin sözlərinə görə, Rusiyanın Şimali Koreya ilə son alış-verişi onun artilleriya sistemlərinin ciddi şəkildə sıradan çıxmasından xəbər verir:

 

“Burada diqqəti cəlb edən digər önəmli məsələlərdən biri də müharibə başlayandan bəri Rusiyaya tətbiq edilən sanksiyalardır  - bunun da nəticəsində həm iqtisadiyyat, həm də müdafiə sənayesi ciddi ziyan görür. Araşdırma və təhlillər onu göstərir ki, Qərb dövlətləri Ukraynaya həm hərbi, həm kəşfiyyat dəstəyini, eyni zamanda Rusiyaya qarşı sanksiyaları davam etdirərsə,  qarşımızdakı 1 il və ya bir az artıq vaxt ərzində Rusiyanın Ukraynada məğlubiyyəti baş verə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....