91 yaşlı ABŞ sakininə maraqlı hədiyyə: Paraşütlə tullandı
Dünya
12:46 / 08.09.2022
5213
ABŞ-ın Minnesota ştatının sakini 91 yaşını paraşütlə tullanaraq qeyd edib. Bu barədə “Fox 5” məlumat yayıb.
Sfera.az xəbər verir ki, yaşlı qadın 80 illik yubileyində “zip lin” sürmüşdü.
“Biri məndən indi nə edəcəyimi soruşdu və mən tərəddüd etmədən cavab verdim ki, paraşütlə tullanacağam", - qadın cavab verib.
O bildirib ki, əslində bunu gözləmirmiş, kilsədən olan dostları pul yığaraq hədiyyə ediblər.
Qeyd edək ki, yaşlı qadının 10 uşağı olub və 80 yaşına qədər əmək fəaliyyəti ilə məşğul olub.
Vasif,
Sfera.az