Dünyada nadir HADİSƏ: Qadın fərqli kişilərdən əkiz uşaq dünyaya gətirdi

Dünyada nadir HADİSƏ: Qadın fərqli kişilərdən əkiz uşaq dünyaya gətirdi

Braziliyalı qadın eyni gündə iki kişi ilə cinsi əlaqədə olduqdan sonra fərqli atalardan əkiz uşaq dünyaya gətirib. 


Sfera.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.


Adı açıqlanmayan 19 yaşlı qadın övladlarının atalığını təsdiqləmək istədiyi üçün atalıq testi etdirib. Uşaqların atası olduğu iddia edilən kişidən DNT nümunəsi götürülüb, lakin iki testdən yalnız biri müsbət nəticə verib. Yəni, onun, əkiz uşaqlardan birinin atası olduğu müəyyənləşib. 


Bundan sonra qadın eyni gündə daha bir kişi ilə cinsi əlaqədə olduğunu xatırlayıb və həmin kişidən də DNT testi götürülüb. Məlum olub ki, bu şəxs digər uşağın atasıdır. Bu fakt elmdə hetero-valideyndən supermayalanma adlanır. Brazilyalı həkim Tulio Xorxe Franko izah edib ki, bu, eyni ananın iki yumurtasının fərqli kişilər tərəfindən mayalanması ilə mümkündür. Körpələr eyni ananın genetik materialını paylaşırlar, lakin fərqli plasentalarda böyüyürlər. Dünyada cəmi 20 belə hal məlumdur.


İndi qadının uşaqları 16 aylıqdır. Hər iki uşağa atalardan biri baxır.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR