“Putinin Ukraynanın bir hissəsini ilhaq etməsinə icazə verərdim…” - Tramp
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenə iddialı açıqlamaları ilə gündəmə gəlib. Sfera.az xəbər verir ki, o, Şon Hannitinin radio verilişində Ukrayna-Rusiya müharibəsindən danışıb. “Hələ də hakimiyyətdə olsaydım, Rusiya “heç vaxt” işğalçılıq edə bilməzdi, lazım gələrsə, “sövdələşmə” də edə bilərdim”, - sabiq prezident deyib. O qeyd edib ki, işğal zamanı prezident olsaydı, müharibəni dayandırmaq üçün Rusiyanın Ukraynanın bəzi hissələrini ələ keçirməsinə icazə verən “sövdələşmə” bağlayardı.