Bayden Çin lideri ilə sərt danışacaq – Səbəb Lukaşenkodur

Bayden Çin lideri ilə sərt danışacaq – Səbəb Lukaşenkodur

ABŞ Prezidenti Co Bayden çinli həmkarı Si Cinpinlə telefon əlaqəsi yaratmağı planlaşdırır. Telefon danışığının dəqiq tarixi və mövzusu açıqlanmayıb. Ehtimal edilir ki, müzakirə ediləcək əsas mövzulardan biri  Belarus prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda Çinə etdiyi səfər ola bilər. Çünki Lukaşenkonun Çindən silah alaraq həmin texnikaları Rusiyaya ötürəcəyilə bağlı iddialar var.

 

Baş verən hadisələr fonunda, Bayden Çinə hansı mesajları göndərə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ehtimal edilən müzakirənin yaxın vaxtda baş tutması mümkündür:

 

“Liderlərin fikir mübadiləsi aparacağı əsas məsələlərdən biri Ukraynadakı müharibə və savaşın qlobal təsirləri olacaq. Ümumiyyətlə, Şərqi Avropadakı döyüşlər başlayandan sonra dünyanın siyasi nizamında yeni mənzərə yaranıb, qütbləşmə daha da dərinləşib. Davam edən müharibə ilə paralel olaraq Qərbin Rusiya, İran və Çinə təzyiqləri artır. Birinci dövlət Ukraynada “bataqlığa” çəkilib. Sonrakı ikisi isə Rusiyaya dəstək verməkdə ittiham olunur.   Gələcəkdə Vaşinqtonun bu üç tərəfə təzyiqi və dövlətlər arasında gərginlik arta bilər. Rusiya və İranla bağlı layihə artıq işə düşüb. Hazırda Qərbin ən çətin rəqibi Çindir. ABŞ və müttəfiqləri Çinlə birbaşa toqquşmaya getmək istəməzlər. Amma iqtisadi müharibənin gücləndirilməsi gözləniləndir. Artıq Çinin Rusiyaya silah verməsinə dair iddialar mövcuddur. Bu məlumatların nə qədər səhih olması bilinmir”.

 

Müsahibimiz Çin liderinin bu günlərdə Rusiyaya gözlənilən səfərindən də söz açıb:

 

“Moskva ilə Pekin arasında əməkdaşlıq güclənir və bu, Qərbin ürəyincə deyil.  Ehtimal olunan telefon danışığında Baydenin Rusiyaya dəstəyi dayandırmaqla bağlı Çinə xəbərdarlıq edəcəyi gözləniləndir.  Liderlərin danışığının konstruktiv ruhlu olacağı gözlənilmir. Əksinə, müzakirə zamanı prezidentlər “kartlarını ortaya qoyacaq” və bir-birilərinin “nəbzini yoxlayacaqlar. Bundan sonra ABŞ-la Çin arasında münasibətlərin daha da gərginləşəcəyi mümkündür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...