Varlı ailələr uşaqlarını buna MƏCBUR EDİR - YENİ TENDENSİYA

Varlı ailələr uşaqlarını buna MƏCBUR EDİR - YENİ TENDENSİYA

ABŞ-da qısaboylu uşaqlara hormon iynəsi vurulmağa başlanılıb.

 

Sfera.az bildirir ki, “Kosmetik endokrinologiya” adlanan təcrübə getdikcə daha çox yayılsa da, həkimlər sözügedən prosedurun sağlamlıq riskləri yarada biləcəyini deyib. Mütəxəssislər yeni tendensiyanın yeniyetmələrə mənfi sosial mesaj göndərdiyini vurğulayıb.

 

“New York Post” qəzetinin məlumatına əsasən, yaşına görə qısa olduğu düşünülən varlı uşaqların ailələri hormon inyeksiyalarına müraciət etməyə başlayıb. Qəzetə danışan bir ana “bütün varlılar bu iynəni əldə etmək istəyir” deyib.

 

Qeyd olunub ki, bəzi ailələr hətta uşaqlarını iynə vurdurmağa məcbur edir.

 

Lakin həkim Erik Asker prosedurun çatışmazlıqları ilə bağlı xəbərdarlıq edib:

 

“Valideynlər övladlarına hormon verildikdə daha atletik və cazibədar olacağını düşünürlər, lakin bu, onlarda ürək problemləri riskini artırır. 2003-cü ildə ABŞ Qida və Dərman İdarəsi qısaboylu uşaqların müalicəsi üçün hormonların istifadəsinə icazə verdikdən sonra bu, getdikcə daha çox yayılmağa başlayıb”.

 

Qeyd edək ki, qısa boylu uşaqlara hormon inyeksiyası Çində də geniş tətbiq olunur.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...