\"Ermənistan KTMT-dən çıxmayacaq\" - Paşinyan AÇIQLADI

\

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq planı yoxdur, lakin blok ölkədəki mövqelərini tərk edir, bundan narahatıq".


Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

 

O, bəzi narahatlıqların əsassız olduğunu deyib:

 

"2022-ci ildə KTMT prezidenti mənə KTMT-nin Ermənistanın təşkilatdan çıxmasından narahat olduğunu dedi. Mən cavab verdim ki, bu narahatlıqlar əsassızdır, lakin Ermənistanın KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlı narahatlığı haqlıdır. Mənim qiymətləndirməm belədir. KTMT-nin bilərəkdən və ya bilməyərəkdən Ermənistanı tərk etməsi bizi narahat edir”, - o vurğulayıb.

 

Paşinyan əlavə edib ki, Ermənistan bu addımın ölkənin təhlükəsizliyini gücləndirəcəyinə əmin olduqdan sonra öz nümayəndəsini KTMT baş katibinin müavini təyin etməyə razılaşacaq. O qeyd edib ki, Ermənistan KTMT ilə ardıcıl fəaliyyətini davam etdirir.

 

Xatırladaq ki, Ermənistanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan yanvarın 20-də “Times” radiosuna müsahibəsində bildirib ki, İrəvan Rusiyanın Azərbaycanın hərəkətlərinə reaksiyasından razı deyil, çünki Moskvadan KTMT çərçivəsində konkret yardım tədbirləri gözləyirdi. Bununla belə, o əlavə edib ki, Ermənistan Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirir. Paşinyan yanvarın 10-da bəyan edib ki, Ermənistanın hazırkı şərtlərlə 2023-cü ildə KTMT-nin hər hansı təlimlərinə ev sahibliyi etmək planı yoxdur. Rusiya Xarici İşlər Nazirliyi isə bəyan etmişdi ki, İrəvan KTMT missiyası üzərində işi məntiqi sonuna çatdıra bilməyərək Avropa İttifaqına üstünlük verib.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”in qiyməti 3,5% artaraq tarixdə ilk dəfə 113 000 dollar həddini keçib.   Sfera.az xəbər verir ki, bu RİA Novosti ticarət mə...

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...