Mən yeganə namizədəm - Tramp üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib

Mən yeganə namizədəm - Tramp üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib

Siyasətçi əmindir ki, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcək və Oval kabinetə girməzdən əvvəl Rusiya-Ukrayna müharibəsinə son qoyacaq.
 

Sfera.az bildirir ki, Donald Tramp özünü Üçüncü Dünya Müharibəsinə imkan verməyəcək yeganə siyasətçi və ölkə başçısı postuna iddialı adlandırıb.
 

Tramp Ayova ştatında tərəfdarları toplaşan mitinqdə deyib: "Əgər bir şey tezliklə baş verməsə, biz III Dünya Müharibəsinə girəcəyik. Buna söz verə biləcək yeganə namizəd mənəm: Mən III Dünya Müharibəsinin qarşısını alacağam".
 

Bundan əlavə, siyasətçi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya genişmiqyaslı müdaxiləsinə səbəb olan şeylərdən danışıb. Tramp hesab edir ki, ABŞ ordusunun Əfqanıstandan uğursuz çıxışı Rusiya lideri Vladimir Putini qonşu dövlətə qarşı təcavüzə təhrik edə bilər.
 

Həmçinin ABŞ-ın 45-ci prezidenti əmindir ki, Ukraynada müharibəni bitirmək yalnız onun gücünə malikdir.
 

Tramp Vladimir Putinlə birbaşa dialoqa toxunaraq:
 

“Oval kabinetə gəlməmişdən əvvəl Rusiya ilə Ukrayna arasında fəlakətli müharibəni bitirəcəyəm. Nə deyəcəyimi bilirəm"-deyib.
 

Xatırladaq ki, martın 9-da ABŞ prezidenti Co Bayden gələcək varisi Donald Trampın adını çəkərək özü ilə zarafat da edib. Filadelfiyada keçirilən tədbir zamanı Bayden 400 yaşında olması ilə bağlı zarafat edib və Amerikanın parlaq gələcəyinə inandığını bildirib.
 

Öz növbəsində Donald Tramp martın əvvəlində Rusiyaya Ukrayna ərazilərinin bir hissəsini verməyə hazır olduğunu bəyan edib. Eks-prezident jurnalist Şon Hennetiyə müsahibəsində “ən pis halda belə bir addım atacağını” deyib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...