Hər kəs bu 5 yaşlı qızdan danışır - VİDEO
Massaçusetsdə (ABŞ) Cessika Nunez 5 yaşlı qızı Lilaya avtomobillə gəzinti zamanı telefonu ilə oynamağa icazə verib. Qız Amazondan sifariş verib, təxminən 4000 dollar dəyərində uşaq motosikletləri və kovboy çəkmələri alıb. Cessika Nunez bildirib ki, o, əvvəlcə qızı Lilanın telefonda oynadığını düşünüb, lakin məlum olub ki, uşaq müxtəlif əşyalar almaq üçün 3922 dollar xərcləyib. Onların arasında 5 ədəd çəhrayı rəngli uşaq ölçülü velosipedi, 5 ədəd mavi rəngli velosiped, 10 cüt qadın 7 ölçülü