Logo

Məşhur milyarder şəhərin mərkəzində öldürüldü - FOTOLAR

Məşhur milyarder şəhərin mərkəzində öldürüldü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milyardlarla dollarlıq "Cash App” texnologiya şirkətinin qurucusu Bob Li ABŞ-nin San-Fransisko şəhərinin mərkəzində bıçaqlanaraq öldürülüb.

Sfera.az "Haber Global"a istinadla bildirir ki, polis 43 yaşlı Bob Lini yaralı halda tapıb. O, xəstəxanaya aparılsa da, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

San-Fransisko Polis Departamenti Linin boş bir küçədə hərəkət etdiyini və kömək axtardığını əks etdirən CCTV görüntülərini araşdırıb.

Görüntülərdə Li büdrəyə-büdrəyə parklanmış avtomobilə doğru gedir və yarasını göstərmək üçün köynəyini qaldırır. Lakin avtomobil hərəkət edir və Li yerə yıxılır.

Daha sonra Li sinəsində iki bıçaq yarası ilə yerdə huşsuz vəziyyətdə tapılıb.

Qeyd edək ki, "Forbes”a görə, "Cash App” kartdan-karta pul köçürmələrinə imkan verən, smartfon əsaslı ödəniş tətbiq proqramıdır və hazırda 40 milyard dollar dəyərində qiymətləndirilir.

2013-cü ildə istifadəyə verildiyi vaxtdan proqramın istifadəçi bazası sürətlə artıb və 2017-ci ildə aylıq yeddi milyon aktiv istifadəçiyə çatıb, 2020-ci ildə bu rəqəm 30 milyon təşkil edib.

Linin ölümü Kaliforniya ştatında şiddət tərkibli cinayətlərlə bağlı yenidən tənqidi müzakirələrə səbəb olub.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR