Logo

ABŞ Oman körfəzində yük gəmisinə hücum etdi

ABŞ Oman körfəzində yük gəmisinə hücum etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

26 noyabrda ABŞ ordusu Oman körfəzində ticarət gəmisinə zərbə endirib və onu hərəkətsiz vəziyyətə gətirib.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın veb saytında bildirilir ki, 26 noyabrda CENTCOM Oman körfəzində dəniz blokadasını pozmağa cəhd edən bir ticarət gəmisini sıradan çıxarıb. ABŞ hərbi təyyarəsi Palau bayrağı altında üzən Pacific Archer gəmisinin arxa hissəsini dəqiq nişan alıb. Gəmi hərəkətini dayandırıb. Mülki heyət xəsarət almayıb.

Mərkəzi Komandanlıq gəminin Bəndər Abbas limanını tərk etdikdən sonra regional sulardan keçməyə cəhd etdiyini bildirib.

Ümumilikdə, ABŞ ordusu iyulun ortalarında İranın dəniz blokadasının bərpasından bəri 158 gəmini istiqamətləndirib və daha altı gəmini sıradan çıxarıb./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR