ABŞ-də təyyarə qəzaya uğradı: 6 nəfər həlak oldu
ABŞ-nin Missisipi ştatı sahillərində “Cessna 210” tipli kiçik təyyarənin dənizə düşməsi nəticəsində 2-si uşaq olmaqla 6 nəfər həyatını itirib.
Sfera.az xəbər verir ki, Luiziana ştatından Floridaya uçmaq üçün havaya qalxan təyyarə ilə hava hərəkətini idarəetmə mərkəzi arasında əlaqə dünən yerli vaxtla saat 15:45 radələrində kəsilib. Qısa müddət sonra təyyarə Missisipi sahillərində dənizə düşüb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Sahil Mühafizəsi və dalğıc qrupları göndərilib. Təxminən 4 saat davam edən axtarış-xilasetmə əməliyyatından sonra təyyarənin qalıqları Horn adası yaxınlığında aşkarlanıb.
Təyyarənin göyərtəsində 4 böyük və 8, 10 yaşlarında iki uşağın olduğu müəyyən edilib. Qəza nəticəsində ümumilikdə 6 nəfər həyatını itirib.
Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.
İradə Elsevər






