Logo

Makron çıxış edərkən gözlənilməz an – Qızı qucaqda apardılar

Makron çıxış edərkən gözlənilməz an – Qızı qucaqda apardılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransa Prezidenti Emmanuel Makronun Tuluza şəhərində çıxışı zamanı gözlənilməz hadisə baş verib.

Sfera.az xəbər verir ki, prezidentin nitqini dinləyən məktəbli qızlardan birinin qəfil halı pisləşib.

Hadisə noyabrın 23-də Makronun “Airbus” şirkətinin Blanyakdakı müəssisəsinə səfəri zamanı qeydə alınıb. Fransa mediasının məlumatına görə, prezident sənaye və aviasiya sektorunun inkişafından danışarkən məktəbli qız özünü pis hiss edib.

Hadisəni görən mühafizə əməkdaşları dərhal qıza yaxınlaşaraq ona kömək ediblər və onu zaldan çıxarıblar.

Makron çıxışını dayandıraraq qıza su verilməsini istəyib və öz stəkanını ona təqdim edib.

Fransa Prezidenti hadisənin uzun müddət ayaqüstə dayanmaqla əlaqəli ola biləcəyini bildirib.

“Bu, çox adi haldır. Uzun müddət hərəkətsiz ayaqüstə dayananda, xüsusilə səhər yeməyi yeməmisinizsə və ya çox erkən yemisinizsə, halsızlıq yarana bilər”, – Makron bildirib.

Prezident daha sonra digər iştirakçıların vəziyyəti ilə maraqlanıb və çıxışını davam etdirib./musavat

Makron çıxış edərkən gözlənilməz an – Qızı qucaqda apardılar
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR