Logo

Bolqarıstan da Ukraynaya hərbi yardımdan imtina etdi

Bolqarıstan da Ukraynaya hərbi yardımdan imtina etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bolqarıstan Avropada Ukrayna üçün nəzərdə tutulan yeni maliyyələşdirmə raundunda iştirak etməyəcək”.

Sfera.az "g4media.ro" saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rumen Radev bəyan edib. O, həmçinin Bolqarıstanın hərbi ehtiyatlarından Ukraynaya silah və sursat tədarük etməyəcəyini bildirib.

Baş nazir qeyd edib ki, hazırda Bolqarıstana qarşı həddindən artıq büdcə kəsiri proseduru tətbiq olunur, üstəlik ölkə daxili ehtiyatları baxımından çətinliklərlə üzləşir və buna görə də mövcud şəraitdə maliyyə vəsaiti ayıra bilmir:

Hökumət başçısı bildirib ki, Bolqarıstan digər Aİ dövlətlərinin maliyyə yardımı göstərməklə bağlı öz qərarlarını qəbul etməsinə mane olmayacaq. Eyni zamanda Sofiya vəsaitlərin silah alınmasına deyil, yalnız humanitar ehtiyaclara, elektrik enerjisi ilə təminata və tibbi yardıma xərclənməsinə zəmanət verən mexanizmləri müzakirə etməyə hazırdır.

Radev əlavə edib ki, Bolqarıstan artıq hərbi ehtiyatlarından Ukraynaya silah və sursat göndərmir. Onun sözlərinə görə, 2022–2023-cü illərdə Bolqarıstanın müdafiə müəssisələri çox böyük həcmlərdə ixrac həyata keçirsə də, sonradan göstəricilər tədricən azalıb.

Radev bunu müharibənin xarakterinin dəyişməsi ilə izah edib: əgər ilkin mərhələdə döyüş sursatlarına kəskin ehtiyac var idisə, indi tələbat pilotsuz uçuş aparatlarına (PUA) yönəlib.

Xatırladaq ki, bir gün əvvəl Polşanın Baş naziri Donald Tusk da jurnalistlərə açıqlamasında Varşavanın NATO-nun Ukrayna üçün Amerika silahlarının alınması proqramına (PURL) bundan sonra töhfə verməyəcəyini bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR