Logo

Niderland hökuməti istefadan yayına bilib

Niderland hökuməti istefadan yayına bilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Niderland hökuməti hakim koalisiya daxilində vergi islahatları ilə bağlı yaranmış siyasi böhranı aradan qaldıraraq istefadan yayına bilib.

Sfera.az bildirir ki, NOS telekanalının mənbələrə istinadən məlumatına görə, Baş nazir Rob Yettenin müavinləri Dilan Yeşilgöz-Zegerius və Bart van den Brinklə keçirdiyi yeddi saatlıq təcili danışıqlar nəticəsində tərəflər arasında razılıq əldə olunub.

Bildirilib ki, sağ-liberal Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası vergi islahatları ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, hakim koalisiyada qalacaq.

Mübahisəyə işləyən vətəndaşlar üçün vergi yükünün azaldılmasını, yüksək sərvət sahibləri üçün isə vergilərin artırılmasını nəzərdə tutan islahat səbəb olub.

Qeyd edək ki, noyabrın 12-də Niderland parlamentinin aşağı palatası 2027-ci il üçün vergi planını 76 lehinə, 74 əleyhinə səslə qəbul edib.

Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası sənədin əleyhinə səs verib. Buna səbəb koalisiya tərəfdaşları olan “Demokratlar-66” və xristian demokratların varlı vətəndaşlar üçün vergilərin artırılmasını nəzərdə tutan müxalifət təklifini dəstəkləməsi olub.

Əldə olunan razılaşmanın təfərrüatlarının Baş nazir Rob Yettenin yerli vaxtla saat 19:30-a təyin edilmiş mətbuat konfransında açıqlanacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR