Logo

Almaniyada prezidentliyə namizəd futbol üzrə dünya çempionu olacaq

Almaniyada prezidentliyə namizəd futbol üzrə dünya çempionu olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniya üçün Alternativ (AfD) partiyası ölkə prezidentliyinə öz namizədini irəli sürməyi planlaşdırır.

Sfera.az bildirir ki, "Bild" qəzetinin məlumatına görə, partiyanın namizədi 1990-cı il dünya çempionu, keçmiş alman futbolçu Tomas Bertold olacaq.

Nəşrin yazdığına görə, AfD namizədliyini noyabrın 14-də rəsmi şəkildə elan edə bilər. Bununla belə, Bertoldun prezident seçilmək şansının çox aşağı olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Fridrix Merts Saksoniya-Anhalt əyalət parlamentinin rəhbəri vəzifəsinə keçirilən seçkilərdə AfD-nin namizədini dəstəkləyən partiyadaşlarını tənqid etmişdi. Merts həmçinin Xristian Demokrat İttifaqı daxilində ona qarşı narazılığın artmasına baxmayaraq, vəzifəsini tərk etmək niyyətində olmadığını açıqlamışdı.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR