BMW ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Kateqoriya məlum deyil
BMW yanğın riski səbəbindən ABŞ-də 720.796 avtomobili geri çağırır.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.
Agentlik həmçinin sürücülərə risk qrupuna daxil olan nəqliyyat vasitələrini təmir olunana qədər açıq havada park etməyi tövsiyə edib.
BMW problemi həll etmək üçün çalışır.
NHTSA-nın məlumatına görə, geri çağırılma BMW 3 Series, 5 Series, X1, X3, X4, Z4, eləcə də 2012-2018-ci illər arasında istehsal olunmuş bəzi digər modellərə təsir göstərir.






