Logo

ABŞ-də tanker kruiz gəmisinə çırpıldı: 180 nəfər xilas edildi

ABŞ-də tanker kruiz gəmisinə çırpıldı: 180 nəfər xilas edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində Missisipi çayında tanker kruiz gəmisinə çırpılıb.

Sfera.az xəbər verir ki, hadisə noyabrın 13-də, yerli vaxtla saat 12:30 radələrində baş verib.

Məlumata görə, “Atlantic Asphalt” adlı iri tanker limanda dayanmış “American Heritage” çay kruiz gəmisinə çırpılıb. Göyərtəsində 129 sərnişinin olduğu bildirilən gəmi zərbənin təsirindən yana əyilərək sürətlə su almağa başlayıb. Nəticədə sərnişinlərin bir qismi çaya düşüb.

Hadisə yerinə ABŞ Sahil Mühafizəsi, yanğınsöndürənlər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaxınlıqda olan digər qayıqların heyətləri də xilasetmə işlərinə qoşularaq suya düşən sərnişinlərə kömək ediblər.

Son məlumata görə, gəmidə olan bütün sərnişin və ekipaj üzvlərinin yeri müəyyən edilib. Hadisə nəticəsində 32 nəfər xəstəxanaya yerləşdirilib. Onların heç birinin vəziyyətinin kritik olmadığı bildirilir. Ölən olmayıb.

Nyu-Orlean meri Helena Moreno xilasetmə əməliyyatını “Missisipi çayında möcüzə” adlandırıb.

Hadisənin səbəbləri araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR