Logo

BMW 720 mindən çox avtomobili geri çağırır

BMW 720 mindən çox avtomobili geri çağırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın avtomobil istehsalçısı BMW ABŞ bazarında ciddi təhlükəsizlik problemi ilə əlaqədar genişmiqyaslı geri çağırılma qərarı verib.

Sfera.az xəbər verir ki, şirkət ümumilikdə 720 796 avtomobilin texniki yoxlamaya cəlb olunacağını açıqlayıb.

"Reuters"in ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına əsaslanan xəbərinə görə, nəqliyyat vasitələrində yanğına səbəb ola biləcək texniki qüsur aşkarlanıb.

NHTSA sürücülərə nasazlıq tam aradan qaldırılanadək avtomobilləri qarajda deyil, açıq ərazidə və binalarla digər nəqliyyat vasitələrindən kənarda saxlamağı məsləhət görüb.

BMW problemin həlli üçün tədbirlər görür. Şirkət qeyd edib ki, 2024-cü ildə su nasosundakı nasazlığa görə geri çağırılan və təmir olunan bəzi avtomobillərdə sonradan 10 yanğın hadisəsi qeydə alınıb.

Geri çağırılma 2012-2018-ci illərdə istehsal edilmiş BMW 3 və 5 seriyalı avtomobilləri, eləcə də X1, X3, X4, Z4 və bir sıra digər modelləri əhatə edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR