Logo

Qardaş ölkədə avtobus qəzası: 11 ölü var

Qardaş ölkədə avtobus qəzası: 11 ölü var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pakistanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 33 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə polis və xilasetmə xidmətlərinin məlumatlarına istinadən "Dawn" məlumat yayıb.

Bildirilib ki, hadisə Pəncab vilayətinin Pakpattan rayonunda, Depalpur-roud trasında qeydə alınıb. Təxminən üç saat davam edən xilasetmə əməliyyatına canlı qüvvə ilə yanaşı, kranlar və digər ağır texnika cəlb edilib.

Nəşrin məlumatına görə, səkkiz nəfər yüngül xəsarət alıb, 25 nəfər Pakpattandakı rayon xəstəxanasına çatdırılıb.

Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyib./modern

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR