Filipinlərdə Mayon vulkanı püskürdü
Kateqoriya məlum deyil
0:00 0:00
Filipində paytaxt Manila şəhərindən təxminən 330 kilometr məsafədə yerləşən Mayon vulkanında püskürmə baş verib.
Sfera.az xəbər verir ki, vulkan püskürməsi nəticəsində təxminən 3 min metr hündürlüyə kül buludu qalxıb.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, püskürmə yerli vaxtla saat 11:53-dən 11:59-dək davam edib.
Manilada nəşr olunan “Inquirer” qəzetinin məlumatına əsasən, vulkanın 6 kilometrlik təhlükə zonasına daxil olan ərazilərin boşaldılması tövsiyə edilib.
Qeyd edək ki, Filippin Sakit okeanın “Odlar halqası” adlanan, güclü seysmik aktivlik və vulkan püskürmələri ilə səciyyələnən ərazisində yerləşir.
İradə Elsevər






