püskürmə
Filipinlərdə Mayon vulkanı püskürdü
Filipində paytaxt Manila şəhərindən təxminən 330 kilometr məsafədə yerləşən Mayon vulkanında püskürmə baş verib. Sfera.az xəbər verir ki, vulkan püskürməsi nəticəsində təxminən 3 min metr hündürlüyə kül buludu qalxıb. Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, püskürmə yerli vaxtla saat 11:53-dən 11:59-dək davam edib. Manilada nəşr olunan “Inquirer” qəzetinin məlumatına əsasən, vulkanın 6 kilometrlik təhlükə zonasına daxil olan ərazilərin boşaldılması tövsiyə edilib.
Dünya30.10.2026 16:27

