Bu gün həlak olan azərbaycanlı kapitanın FOTOSU

Kateqoriya məlum deyil
T
Qara dənizdə PUA hücumuna məruz qalan “Royad Məmmədov” yük gəmisində həyatını itirən kapitanın fotosu yayılıb.
Sfera.az xəbər verir ki, Ukraynadan İtaliyaya taxıl aparan Türkiyə bayraqlı gəmi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə hücuma məruz qalıb. Hadisə nəticəsində gəmidə yanğın baş verib və iki ekipaj üzvünün həlak olduğu bildirilib.
Məlumata görə, ölənlərdən biri gəminin kapitanıdır. Onun adının Rüstəm olduğu bildirilir. Digər həlak olan şəxsin isə gəminin aşpazı olduğu açıqlanıb.
Yayılan son məlumatlara əsasən, gəminin heyətində Azərbaycan vətəndaşları da olub. Hadisə zamanı yaralanan ekipaj üzvlərinin bir qismi xəstəxanaya yerləşdirilib./buta.tv






