Bu ölkə parçalana bilər

Bu ölkə parçalana bilər
Kateqoriya məlum deyil
T

Böyük Britaniyada krallığın tamamilə parçalanması prosesinə təkan verə biləcək tarixi addım atılır.

Sfera.az “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, sentyabrın 14-də Uelsin paytaxtı Kardiffdə Şotlandiya, Uels və Şimali İrlandiyanın hökumət rəhbərləri bir araya gələrək müstəqillik referendumları tələb edən birgə bəyannamə imzalayacaqlar.

Bunun fonunda Baş nazir Endi Bernem deputatlara bildirib ki, əhalinin aydın çoxluq təşkil edəcəyi təqdirdə Şotlandiyada yeni referendumun keçirilməsinə icazə verəcək. Qeyd olunur ki, may seçkilərinin nəticələrinə əsasən, tarixində ilk dəfə olaraq hər üç muxtar regionda müstəqillik tərəfdarı olan partiyalar hakimiyyətə gəlib.

Məsələyə ABŞ rəhbərliyi də münasibət bildirərək Vahid İrlandiyanın yaradılmasını dəstəkləyəcəyini və Şimali İrlandiyanın İrlandiya ilə birləşməsinin tez və ya gec baş verəcəyini bəyan edib.

Uelsin keçmiş birinci naziri Mark Dreykford isə vurğulayıb ki, 40 illik neoliberal siyasətin krallıq daxilindəki bağları zədələməsi səbəbindən hər üç regionun Böyük Britaniyadan ayrılması qaçılmaz ola bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR