Zelenski Putinlə bu şəhərdə görüşməyə hazırdır

Zelenski Putinlə bu şəhərdə görüşməyə hazırdır
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.

Sfera.az xəbər verir ki, bu barədə o, DW-yə verdiyi müsahibədə bildirib.

Zelenski qeyd edib ki, əgər Putin dekabrda keçiriləcək G20 sammitində iştirak edərsə, Putinlə görüşməyə hazırdır:

"Bəli, əlbəttə. Biz getməliyik. Görüşməli, danışmalı və qərarlar qəbul etməliyik. Ona nə dediyim və ya onun mənə nə demək istədiyi vacib deyil. Bunlar əhəmiyyətli deyil. Əsas olan nəticədir"./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR