İran Hörmüz boğazında yeni plan qurur

Kateqoriya məlum deyil
T
İran Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı yeni müvəqqəti marşrut yaratmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, İran bununla bağlı Omanla danışıqlar aparır.
Yeni marşrutun yaradılması ilə bağlı müzakirələrin nəticələrinin yaxın zamanda açıqlanması gözlənilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması və gəmiçilik fəaliyyətinin davam etdirilməsi üçün region ölkələri ilə əməkdaşlıq vacibdir.
Yeni marşrutun İran və Oman ərazi sularından keçməsi və kommersiya gəmilərinin hərəkəti üçün istifadə olunması nəzərdə tutulur.
İradə Elsevər
Açar sözlər:






