İsveçrədə dəhşətli qəza: 5 ölü, 40 yaralı

İsveçrədə dəhşətli qəza: 5 ölü, 40 yaralı
Kateqoriya məlum deyil
T

İsveçrədə turist avtobusu qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, Hadisə Zernez bölgəsində, Zuş qəsəbəsi yaxınlığında baş verib.

Hollandiyalı turistləri daşıyan avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 5 nəfər həyatını itirib. 40 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Polisin açıqlamasına görə, qəza dünən yerli vaxtla saat 16:45-də baş verib. Avtobus Zuş qəsəbəsinə doğru hərəkət edirmiş. Nəqliyyat vasitəsi tikinti sahəsindən keçərkən yoldan çıxaraq aşıb. Xilasetmə işlərinə 7 helikopter cəlb olunub.

Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb.

Hollandiya Səyahət Agentlikləri Assosiasiyası avtobusda ümumilikdə 48 nəfərin olduğunu açıqlayıb. Onların tur operatorunun təşkil etdiyi səfər çərçivəsində bölgədə olduqları bildirilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR