Paşinyanı məhkəməyə verdi - Üzr videosu tələb edir

Paşinyanı məhkəməyə verdi - Üzr videosu tələb edir
Kateqoriya məlum deyil
T

Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

Sfera.az xəbər verir ki, bu barədə yerli “Dataleks” nəşri məlumat yayıb.

Məhkəmə iddiasının əsasını Baş nazirin seçkiqabağı kampaniya zamanı Karapetyanın ünvanına səsləndirdiyi fikirlər təşkil edib.

Belə ki, milyarder məhkəmədən Paşinyanı 29 mayda səsləndirdiyi təhqirə görə ondan videoformatda üzr istəməyə məcbur etməyi xahiş edib.

Karapetyan həmçinin təhqirə görə kompensasiya olaraq Paşinyandan 3 milyon dram, dövlət rüsumu və vəkil xərclərinin tutulmasını tələb edib.

İddia ərizəsi sentyabrın 9-da məhkəməyə daxil olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR