Zelenski ölümdən döndü: Moldovadakı hücumun detalları

Ukrayna Prezidenti Volodimir Zelenskini daşıyan təyyarənin Moldovadan Norveçə uçuşu zamanı PUA hücumuna məruz qalmaq təhlükəsi ilə üzləşdiyi bildirilib.
Sfera.az xəbər verir ki, Norveçin Baş naziri Yonas Qar Stör açıqlamasında Zelenskinin təyyarəsinin dünən Moldovadan Norveçə yola düşdüyü zaman Moldova hava məkanının PUA ilə hədəf alındığını və təyyarənin vurulmaqdan son anda xilas olduğunu deyib.
Stör məlumatın mənbəyini və PUA-nın təyyarəyə nə qədər yaxınlaşdığını açıqlamayıb.
Zelenski bu gün Osloda Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edib. O, mərasimdən dərhal sonra Norveçi tərk edib.
Qeyd edək ki, dünən Moldova hava məkanına daxil olan iki Rusiya PUA-sı səbəbindən Kişinyov hava limanında uçuşlar müvəqqəti dayandırılıb. PUA-lardan biri boş əraziyə düşərək yanğına səbəb olub, digəri isə Rumıniya hava məkanına doğru hərəkət edib.
Bəsti Rəfizadə






