Müharibəyə hazırlıq başladı: Almaniya hərəkətə keçdi

Müharibəyə hazırlıq başladı: Almaniya hərəkətə keçdi
Kateqoriya məlum deyil
T

Almaniya ölkənin şimalında yerləşən Bremerhaven limanının modernləşdirilməsinə təxminən 1,5 milyard avro ayıracaq. Layihənin əsas məqsədi limanın Bundesverin və NATO müttəfiqlərinin böyük həcmdə hərbi texnikasını, eləcə də iri hərbi kontingentləri qəbul edə bilməsi üçün sürətlə genişləndirilməsidir.

Sfera.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Məlumata görə, layihənin 2026–2031-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ötən il Almaniya Dəniz Limanları Operatorlarının Mərkəzi Birliyi (ZDS) müdafiə naziri Boris Pistoriusa müraciət edərək mümkün hərbi münaqişəyə hazırlıq məqsədilə liman infrastrukturunun gücləndirilməsi üçün müdafiə büdcəsindən vəsait ayrılmasını istəyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR