Şimali Koreya yeni hərbi gəmisini nümayiş etdirdi

Şimali Koreya 5 min tonluq yeni “Kang Kon” esminesini donanmanın silahlanmasına daxil edib. Ölkə lideri Kim Çen In donanmanı nüvə silahına malik gücə çevirmək istədiklərini açıqlayıb.
Sfera.az xəbər verir ki, Şimali Koreyanın şərqində yerləşən Vonsan liman şəhərində hərbi mərasim keçirilib.
Mərasimdə 5 min tonluq “Kang Kon” esminesi xidmətə qəbul edilərək Şimali Koreya donanmasının Şərq Dəniz Donanmasının tərkibinə verilib.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In çıxışında yeni nəsil esminesin ölkənin nüvə əks-hücum sisteminin bir hissəsi kimi düşmənlərə “ölümcül cavab zərbəsi” endirməli olduğunu bildirib.
Kim ölkə donanmasının “nüvə silahına malik gücə” çevrilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, Şimali Koreya iyun ayında 5 min tonluq “Choe Hyon” esminesini də xidmətə qəbul etmişdi. Həmin gəmi Qərb Dəniz Donanmasının tərkibinə daxil edilib.
İradə Elsevər
Sfera.az







