İsraildə seçkilərin ilkin nəticələri: kim liderdir?
İsraildə keçirilən parlament seçkilərində səslərin 97,3 faizi hesablandıqdan sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası liderliyini qoruyur.
Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumatlarda bildirilir.
Nəticələrə əsasən, “Likud” 120 yerlik parlamentdə 27 mandat qazanır. Netanyahunun əsas rəqibi, müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkotun siyasi qüvvəsi isə 21 mandat əldə edir.
Netanyahunun rəhbərlik etdiyi “Likud” və onu dəstəkləyən ifrat sağçı, eləcə də ultraortodoksal partiyalardan ibarət hakim koalisiya bloku da öndədir. Hazırda bu blok parlamentdə 53 yerə, müxalifət isə 48 yerə sahibdir.
Ərəb partiyaları isə ümumilikdə 19 mandat qazanır. Proqnozlara görə, nə müxalifət, nə də “Likud” bu partiyalarla koalisiya qurmağa hazırdır.
Mərkəzi Seçki Komissiyasının bütün səslərin hesablanmasını oktyabrın 29-dək başa çatdıracağı gözlənilir. Seçkilərin yekun nəticələri isə noyabrın 4-dən gec olmayaraq açıqlanmalıdır./globalinfo






