Logo

İspaniyanın keçmiş əmək naziri qatar qəzasında öldü

İspaniyanın keçmiş əmək naziri qatar qəzasında öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın keçmiş əmək və sosial təminat naziri Fatima Banez (2011-2018) çərşənbə günü Toledo əyalətində baş verən qatar qəzasında ölüb.

Sfera.az xəbər verir ki, bu barədə İspaniya Biznes Təşkilatları Konfederasiyası (CEOE) məlumat yayıb.

Qurumun açıqlamasında deyilir: "CEOE Fondunun rəhbərliyi Fatima Banezin bu çərşənbə günü Toledo əyalətində baş verən qatar qəzasında vəfat etməsindən dərin kədərini bildirir".

Oktyabrın 28-i səhər saatlarında Toledo əyalətində qatar qəzası baş verib. Qatarlar Madriddən Sevilyaya gedirdi. Qatarda 540-dan çox sərnişin olub. Son məlumatlara görə, faciə nəticəsində 69 nəfər ölüb./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR